Humanitar fəlakət yaşayan Hələb sakinləri - VİDEO

Humanitar fəlakət yaşayan Hələb sakinləri - VİDEO

 
FaktXəbər-in verdiyi məlumata görə, BMT-nin  Humanitar məsələlərin koordinasiyası üzrə   mətbuat xidmətinin rəhbəri Yens Lerke Cenevrədə Hələbdəki vəziyyətlə bağlı çıxışı zamanı şəhərin su və elektrik təchizinin dəhşətli nəticələri barədə danışıb.
 
Onun sözlərinə görə, bu həftə Hələbdə mülki  infrastruktura hücum zamanı şəhərin iki milyondan artıq sakini işıqçsız və susuz qalıb.
 
«Quyu və rezervuarlarda olan su sakinlərin  tələbatını ödəmək üçün kifayət deyil. Əgər vəziyyət düzəlməsə, bu  milyonlarla  sakinlər üçün dəhşətli nəticələr ortaya qoyacaq», deyə BMT-nin nümayəndəsi bildirib.
 
Qeyd edək ki, bundan əvvəl BMT-nin Uşaq Fondu (YUNİSEF) istilər zamanı su çatışmazlığına görə Hələbdə olan uşaqlarının həyatının təhlükədə olduğunu bəyan etmişdi. /

Google+ WhatsApp ok.ru