Hakerlər minlərlə “Facebook” istifadəçisinin akkauntuna çıxış əldə ediblər

Hakerlər minlərlə “Facebook” istifadəçisinin akkauntuna çıxış əldə ediblər

Kibercinayətkarlar “Facebook” sosial şəbəkəsinin Çexiya və Slovakiyadan olan minlərlə istifadəçinin akkauntuna çıxış əldə ediblər.  

 
Rrunews24.ru saytına istinadən verilən məlumata görə, antivirus proqramlarının istehsalı ilə məşğul olan “Eset” şirkəti bildirib ki, bu, saxta saytlara keçid olması səbəbindən baş verib. 
 
Şirkət rəsmisi qeyd edib ki, əgər hər hansı istifadəçi keçid linkini sıxırsa, xəbər mətninin özü deyil, əvəzində avtorizasiya olunmuş saxta sayt açılır. Əgər istifadəçi bu zaman şifrə və loqinini yazırsa, o özündən asılı olmayaraq akkaunt üzərində olan nəzarəti hakerlərə vermiş olur. (lent.az) /

Google+ WhatsApp ok.ru