Husilər prezidentin məsləhətçisinin evini basdı

Husilər Yəmən prezidenti Abdurabbu Mənsur Hadinin müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Əli Muhsin əl-Əhmarın Sənanın cənubundakı əs-Safiyə və Hadə məhəllələrində olan 2 evinə basqın təşkil ediblər. 
 
Maide.az-ın məlumatına görə, Husi Hərəkatının rəsmilərindən olan Əli İmad da Facebook səhifəsindən verdiyi açıqlamada, "xalq komitələri (Husilər) prezidentin məsləhətçisinin Sənadakı evlərini ələ keçirdi" ifadələriylə hadisəni təsdiqləyib.
 
Prezident Adminstrasiyası hadisə ilə bağlı hələ açıqlama verməyib.
 
Xatırladaq ki, bir müddətdir paytaxtda ordu qüvvələriilə qarşıdurma halında olan Husilər ilə rəhbərlik arasında dünən müqavilə imzalanıb. müqaviləyə görə, 3 gün ərzində yeni hökumət qurulmalı, prezident Hadinin heç bir siyasi partiyaya üzv olmayan bir şəxsə baş nazirlik vəzifəsi verməli, neft məhsullarına tətbiq olunan qiymət artımı endirilməli, Prezident Adminstrasiyasına Cənub Hərəkatı və Husilərdən bir məsləhətçi təyin edilməli və Husilərin paytaxt Sənada qurduğu etiraz çadırları yığışdırılmalıdır. 

Google+ WhatsApp ok.ru