Yəhudi xaxamlar Məscidi Əqsaya hücum etdi 22 Sentyabr 2014 01:00 Dünya Fanatik yəhudi xaxamların Məscidi Əqsaya hücumları dayanmır. Maide.az-ın məlumatına görə, Fələstin mənbələri fanatik yəhudi məskunlaşmaçılardan bir qrupun dünən polis və xüsusi qüvvələrin sıx təhlükəsizlik tədbirləri altında əl-Mağaribə qapısından girərək Məscidi Əqsaya basqın təşkil etdiyini bildiriblər. Fələstin İnformasiya Mərkəzi müxbirinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, fanatik yəhudi məskunlaşmaçılar Məscidi Əqsanın həyətinə kiçik qruplar halında arxa arxaya giriblər. Basqına qatılan hər bir yəhudi məskunlaşmaçı qrupuna fanatik bir xaxam liderlik edirmiş. Bsqına liderlik edən fanatik xaxamlar yəhudi məskunlaşmaçılara Məscidi Əqsanın həyətində heykəl ilə əlaqədar tamamilə xurafatlardan ibarət məlumatlar veriblər. Həmin vaxt Məscidi Əqsada olan camaat və tələbələr şüar səsləndiriblər, yüksək səslə təkbir deyərək, basqına etiraz ediblər. Teqlər : #Yəhudi xaxamlar Məscidi Əqsaya hücum etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD 300 PKK-çını güllələyib Husilər prezidentin məsləhətçisinin evini basdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO