Husilər bir çox strateji bölgə və hava limanının ələ keçirdi

Yəməndə Husilərin ölkənin qərbində olan əl-Hudeydə vilayətindəki bir hava bazasının nəzarətini ələ keçirdiyi bildirilir.
 
Maide.az xəbər verir ki, hava bazası komandiri admiral Feysəl əs-Subayhiyə yaxın bir mənbədən alınan məlumata görə, Hudeydedəki hava bazasının nəzarəti dünən axşam Husilərin əlinə keçib. Bazanın nəzarətinin Husilərin əlinə keçməsindən sonra komandir Subayhi də vəzifəsindən istefa verib.
 
Subayhi istefasıyla əlaqədar açıqlama verməyib. Ona yaxın mənbələr istefa səbəbi kimi Husilərə bazanı ələ keçirmələri üçün müqavimət göstərməməsini bildiriblər. 

Google+ WhatsApp ok.ru