Husilər Yəməndə əl-Qaidəyə qarşı üstünlüyü ələ keçirdi

Yəmənli Husilər Rida şəhərində əl-Qaidə terror təşkilatına qarşı üstünlüyü ələ keçirib. əl-Bəydə vilayətinə aid bu şəhər lap əvvəldən əl-Qaidə təşkilatının yarandığı yer kimi tanındığı üçün xüsusi əhəmiyyətə sahibdir.
 
Maide.az-ın məlumatına görə, əl-Qaidə ilə qarşıdurmada 50 şəhid verən Husilər əl-Qaidənin əlində olan Hubzə bölgəsinin nəzarətini ələ keçiriblər. Cümə gününün son saatlarına qədər qarşıdurmalar şiddətlənərək davam edib. əl-Qaidə təşkilatı daha çox bölgə itirməmək üçün əlavə qüvvələr istəyiblər.
 
Husi səlahiyyətliləri əl-Qaidə təşkilatını işğal etdikləri torpaqlardan uzaqlaşdırana qədər döyüşə davam edəcəklərini və paytaxt Sənada dövlət təhlükəsizlik qüvvələrini görənə qədər də mübarizə aparacaqlarını açıqladıyıblar.

Google+ WhatsApp ok.ru