Husilər Yəməndə Prezident Sarayını ələ keçiriblər

Prezident Hadi paytaxtı tərk edib

Yəmənin paytaxtı Sənada dünən səhər saatlarında başlayan və sonra əldə edilən atəşkəslə dayanan qarşıdurmalar yenidən alovlanıb.
 
Maide.az xəbər verir ki, şahidlərin bildirdiyinə görə, Ənsarullah Hərəkatının (Husilər) silahlıları yerli vaxtla saat 15.00 radələrində yenidən Prezident Sarayına hücum təşkil edib.
 
Sarayın yerləşdiyi Sənanın cənubundakı Sebin Meydanından əraziyə girməyə çalışan Husilərin Prezident Qvardiyası tərəfindən qarşısının alınmasına cəhd  göstərilməsi zamanı toqquşmalar başlayıb. 
 
İnformasiya Nazirliyinin Twetter səhifəsindən verilən qısa açıqlamada Husilərin Prezident Hadi və saraya qarşı hücum etdiyi bildirilsə də, məsələyə dair ətraflı məlumat yazılmayıb.
 
Bəzi internet saytlarında isə Husilərin mühasirəyə aldığı Prezident Sarayını artıq ələ keçirdiyi yazılıb. 
 
Bu arada polis mənbələri münaqişələrin mərkəzindəki digər bölgədə Husilərin mühasirəsi altında olan prezident Abdurabbu Mansur Hadinin evində toplantıya qatılan Müdafiə naziri Məhəmməd əs-Subeyhinin evdən çıxarkən atəşə tutulduğu, amma onun sağ xilas olduğunu bildirilir.
 
Şahidlərin sözlərinə görə, Hadinin evinin ətrafı və bölgəyə gedən yollar Husilər tərəfindən bağlanılıb.
 
Rusiya Əl-Yovm-ın məlumatına görə, Yəmən prezidenti artıq paytaxt Sənanı tərk etdiyi bildirilir. Onun naməlum istiqamətə getdiyi deyilir. 

 

Google+ WhatsApp ok.ru