Hİzbullah Misirli tanınmış yazar və jurnalist Məhəmməd Həsəneyn Heykəlin vəfatı münasibəti ilə baş sağlığı verib

Maide.az xəbər verir ki, Hizbullahın yayımladığı bəyanatda bildirilir ki, Misir və Ərəb dünyası, qələm əhli,  düşüncə sahibləri və mətbuat işçiləri çox dəyərli bir alimi itiriblər.  Məhəmməd Həsəneyn Heykəlin özünə məxsus bir şəxsiyyəti , açıq düşüncəsi, siyasi və mübarizə tarixində parlaq keçmişi var idi.  Məhəmməd Həsəneyn Heykəl həmişə Fələstinin  İsrailin işğalından azad olunmasına təkid edirdi , müqavimətə inanırdı və müqavimətin qələbəsinə, rəhbərləri və şəhidləri ilə fəxr edirdi.  
Bəyanatda bildilir ki, Hizbullah Məhəmməd Həsəneyn Heykəlin vəfatı münasibəti ilə bu dəyərli mütəfəkkirin  ailəsinə , Misir xalqına və Ərəb dünyasına baş sağlığı verir.  Allahdan onun üçün uca məqam diləyir. 
Allah rəhmət eləsin.

Google+ WhatsApp ok.ru