Yəhudi yaşayış yerləri Netanyahu dövründə 55 faiz artıb

Ərəb Birliyi İsrail rejiminin Fələstindəki yəhudi yaşayış məskənlərinin sionist baş nazir Binyamin Netanyahu dövründə 55 faiz artdığını bildirib.
 
Maide.az-ın xəbərinə görə, Birlik tərəfindən yayımlanan yazılı açıqlamada, "İsrailin yaşayış sahələrini genişləndirməkdə ciddi artım qeydə alınıb. İsrail Statistik Mərkəzi Qurumunun məlumatlarına görə, Netanyahu rəhbərliyi dövründə yaşayış sahələri 55 faiz artıb", - deyə bildirilir.
 
Açıqlamada, hazırda 625 minə çatan yəhudi mühacirlərin sayının 2008-ci ildə 280 min civarında olduğu deyilir.
 
Fələstin Mərkəzi Statistika Bürosunun məlumatlarına görə, Fələstin torpaqlarının 85 faizi İsrail rejiminin nəzarətindədir. Fələstin xalqı isə torpaqlarının, ancaq 15 faizini istifadə edir. İsrail rejimi 1967-ci ildə işğal etdiyi Şərqi Qüds və Qərbi İordanda da yəhudi yaşayış məskənləri tikintilərinə davam edir.
 
Şərqi Qüdsdə 220 min, Qərbi İordan isə 400 minə yaxın yəhudi mühacir var. Beynəlxalq hüquqa görə, buralardakı bütün yəhudi yaşayış məntəqələri qeyri-qanuni qəbul edilir. Qəzza Zolağı isə 2006-cı ildən bu yana İsrail rejimi tərəfindən blokada şəraitində saxlanılır.

Google+ WhatsApp ok.ru