Şiə alimi Şeyx Nəmr müqavimətə davam edəcəyini bildirib

Şiə alimi Şeyx Nəmr müqavimətə davam edəcəyini bildirib.

Maide.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Şeyx Nəmr bazar ertəsi ailəsi ilə görüşündə  deyib: "Müqavimət davam etməlidir. Şiddət bizim üçün qorxu olmamalıdır. Haqqımda çıxarılan qərarın müqavimətə təsiri olmamalıdır."

Şeyx Nəmrin qardaşı Cəfər əl-Nəmr "Al-Alam" kanalına verdiyi açıqlamasında bildirib ki, "Səudiyyə İnsan Haqları Təşkilatının nümayəndəsi evimizə gələrək Şeyx Nəmrin əhvalını soruşdu və istəklərinin olub olmamasını öyrənmək istədi. Şeyx Nəmr isə bu suala qarşılıq olaraq belə cavab verdi: "Mənim şəxsi istəklərimi soruşunca vəzifənizi icra edin və həbsdə çürüyən günahsız insanların azad olmaları üçün çalışın"./

 

 

Google+ WhatsApp ok.ru