Türkiyədə sığınacaq alan suriyalı qaçqınlara Antalyaya girmək qadağan olunub 08 Noyabr 2014 02:00 Dünya Türkiyədə sığınacaq alan suriyalı qaçqınlara Antalyaya girmək qadağan olunub. Bunu Antalya vilayəti polis idarəsinin rəhbəri Cəmil Tonbul bildirib. Onun sözlərinə görə, suriyalı qaçqınların Türkiyəyə qəbuluna dair sənəddə Antalya istisna olunub. “Qanuni yollarla gələnlərdən başqa, heç bir suriyalını şəhərə qəbul etmirik. Belə hal olarsa, ya 15 gün içində Antalyanı tərk etmələri barədə xəbərdarlıq edirik, ya şəhərdən çıxarırıq, ya da ən yaxın qaçqın düşərgəsinə aparırıq”, - deyə C.Tonbul qeyd edib. Qeyd edək ki, son üç ildə Türkiyəyə sığınan suriyalı qaçqınların sayı 1,5 milyonu ötüb. Teqlər : #Türkiyədə sığınacaq alan suriyalı qaçqınlara Antalyaya girmək qadağan olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şiə alimi Şeyx Nəmr müqavimətə davam edəcəyini bildirib Türkmənistanda həbsdə olan müəllim üçün Ərdoğan xahiş etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO