III intifadan başlayandan bəri 1200 fələstinli uşaq həbs edilib

Fələstin Azadlıq Təşkilatı bildirib: Sionist İsrail qüvvələri Fələstin xalqının III intifadası başlayandan indiyədək 2400 fələstinlini həbs edib. Saxlanılanların yarısı uşaqlardır.
 
Maide.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının Əsirlərlə iş üzrə Komissiyası dünən Fələstin xalqının Ümumdünya Həmrəylik günü münasibəti ilə bəyanat yayaraq qeyd edib ki, Fələstin vətəndaşlarının böyük bir qrupu həbs ediliblər ki, onların əsirlik müddəti fərqlidir.
 
Komissiya BMT-ni Fələstin xalqını, xüsusilə də Sionist rejimin həbsxanalarında dözülməz şəraitdə saxlanılan şəxsləri müdafiə etməyə çağırıb.
 
Açıqlamada deyilir ki, hal-hazırda 7 min fələstinli əsir, o cümlədən çox sayda qadın və uşaq hələ də İsrail həbsxanalarında saxlanılır.
 
III Fələstin intifadasının təxminən iki ay əvvəl başlaması ilə fələstinlilərin həbs edilməsi prosesi intensiv xarakter alıb və mühaqakiməsiz həbsə salınan şəxslərin sayı 500 nəfərə qədərdir.
 
Fələstin Azadlıq Təşkilatının Əsirlərlə iş üzrə Komissiyası habelə BMT-ni İsrail həbsxanalarında “hərbi cinayətlər və insanlığa qarşı cinayətlərin” törədilməsi faktlarını araşdırmaq üçün faktaraşdırıcı Komitə göndərmərə səsləyib.
 
Komissiya vurğulayıb: Sionist rejiminin təcridxanalarda törətdikləri BMT qətnamələrinə, BMT nizamnaməsinə və beynəlxalq qanunlara ziddir.
 
Sionist  İsrail rejimi fələstinliləri, xüsusən də 18 yaşadək olan şəxsləri kütləvi həbs etməyi gündəlikdə saxlayır. /
 

Google+ WhatsApp ok.ru