Çikaqoda Şeyx Nimrin 40 mərasimi keçirilib - FOTO

Maide.az xəbər verir ki, Səudiyyə rejimi tərəfindən edam edilən İslam alimi Ayətullah Şeyx Nimrin 40 mərasimi Çikaqoda qeyd edilib. 
Mərasimdə, din xadimləri, alimlər, İslami Mərkəzlərin rəhbərləri və əhali iştirak ediblər. 
Mərasimdə çıxış edənlər Səudiyyə Ərəbistanı törətdiyi bu cinayətə görə tənqid ediblər. Bu cinayəti pisləyiblər və Səudiyyə rejiminin şiə və sünnilər arsında ixtilaf yaratdığını vurğulayıblar. Şəhid Nimrin insan haqlarını qoruduğu və ədalətin bərqərar olmasını istədiyi üçün şəhid edildiyini bildiriblər. 
Mərasimdə çıxış edənlər həm də insan haqları müdafiəçiliyi iddiasında olan Qərb ölkələrini Səudiyyə rejiminin bu cinayətinin üzərindən sakitcə keçməsini pisləyiblər onların iki üzlü olduqlarını vurğulayıblar.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru