Çilidəki güclü zəlzələnin ilkin tələfatları açıqlanıb - VİDEO - YENİLƏNİB

Maide.az xəbər verir ki, sentyabrın 17-nə keçən gecə Çili sahillərində 8,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İlyapel şəhərindən 46 km şimal-qərbdə, paytaxt Santyaqodan 228 km şimalda, ocağı isə 8,3 km dərinlikdə yerləşib.
 
Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi Çili və Peru sahillərində sunami təhlükəsinin olduğunu bildirib.
 
Bir qədər sonra İlyapel şəhərindən 25 km qərbdə 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Çili hökuməti sunami təhlükəsi ilə əlaqədar sahilyanı ərazilərdən əhalini təxliyyə etmək qərarına gəlib. Paytaxt Santyaqoda minlərlə insan küçələrə axışıb.
 
İlkiin məlumatlara görə, zəlzələ nəticəsində 3 nəfər ölüb, 15-ə yaxın insan xəsarət alıb. 

 

<>br

Google+ WhatsApp ok.ru