Bu fotoya görə Türkiyədə redaksiyaya basqın edilib - FOTO

Türkiyədə öldürülmüş əsgərlərin fotoları dərc edildikdən sonra prokurorluq media nəhəngi Doğan qrupunun araşdırılmasına başlayıb

Türkiyədə öldürülmüş əsgərlərin fotoları dərc edildikdən sonra prokurorluq media nəhəngi Doğan qrupunun araşdırılmasına başlayıb.
 
“Hürriyyet” qəzetinə və CNN Türkün bir hissəsinə malik olan Doğan qrupu kürd PKK döyüşçüsü olduğu iddia edilən bir nəfərlə müsahibə də dərc edib.
 
Ötən həftə prezident Recep Tayyip Erdoğanın tərəfdarları “Hürriyyet” qəzetinin redaksiyasına hücum çəkmişdilər.
 
Hökumətyönlü etirazçılar qəzeti prezidentin sözlərini təhrif etməkdə günahlandırırdılar.
 
Bununla yanaşı “Daily Sabah” qəzetinə, kürdyönlü HDP partiyasının ofislərinə basqınlar edilib.
 
Bazar ertəsi polis həftəlik “Nokta” jurnalının redaksiyasına reyd keçirərək Erdoğanın fotomontajı çap olunmuş jurnalın bütün tirajını müsadirə edib.
 
Bu montajda şəhidlərin matəm mərasimində guya selfi çəkən Erdoğan təsvir olunmuşdu.
 
Türkiyədə prezidentin təhqiri cinayət sayılır və qanun belə hərəkətlər üçün 4 ilədək həbsxana cəzası nəzərdə tutur.
 
Opponentləri Erdoğanı qarşıdan gələn seçkilərdə millətçilərin səsini qazanaraq öz səlahiyyətlərini artırmaq naminə kürdlərlə və mətbuatla müharibə etməkdə günahlandırırlar.

Google+ WhatsApp ok.ru