Çilidə bir qəsəbə kül oldu - Video

Çilidə bir qəsəbə kül oldu - Video

FaktXəbər-in "The Guardian"a istinadən verdiyi məlumata görə, Çilidə bir neçə həftədir davam edən meşə yanğınları qəsəbələrdən birini tamamilə yararsız vəziyyətə salıb. Maula şəhərinin 7 qəsəbəsindən ən böyüyü olan Santa Olqada məktəblər, uşaq bağçaları, mağazalar və poçt binası da daxil olmaqla mindən çox bina kül olub. Qəsəbədən 4 min insan evakuasiya edilib, 238 min hektarlıq ərazi isə yanıb.
 
Yanan qəsəbədən bir nəfərin cəsədinin aşkar edildiyi, iki yerli sakinin isə ittkin düşdüyü açıqlanıb. Meşə yanğınlarının qeydə alındığı ərazidə 5 mindən çox yanğınsöndürən maşın və helikopter cəlb olunub. Şəhər bələdiyyəsinin sədri Karlos Valenzuela bildirib ki, yanğının belə bir həcmdə böyüyəcəyini və qəsəbəni tamamilə yararsız vəziyyətə səlacağını təxmin etməmişdilər: "Bizim yaşadıqlarımız cəhənnəmi xatırladır. Son zəlzələdən sonra yaramızı yenicə sağaltmağa başlamışdıq ki, yanğın hər şeyi bərbad etdi".
 
Bu arada Çili Prezidenti Mişel Baçelet ölkəyə rəsmi səfərə gələn Fransa lideri Fransua Ollanddan yardım istəyib. Eyni zamanda, rəsmi Santyaqo alovla mübarizə aparmaq üçün ABŞ, Kanada, Meksika, Argentina, Uruqvay, Braziliya və Perudan yanğınsöndürən təyyarə və helikopter göndərməyi xahiş edib.
 

Google+ WhatsApp ok.ru