Şimali Koreya Barak Obamanı meymuna bənzətdi

"The Interview" adlı filmin ABŞ-da ekranlara çıxmasına Şimali Koreya rəhbərliyindən ağır tənqid gəlib. Şimali Koreya hökuməti ABŞ prezidenti Barak Obamaya, "meymun", - deyib.
 
Maide.az xəbər verir ki, Şimali Koreya Milli Müdafiə Komissiyası "The Interview" adlı filmin ABŞ prezidenti Barak Obamanın təkidi ilə ekrana çıxdığını bildirib. Şimali Koreya mətbuatında çıxan xəbərlərdə bildirilir ki, komissiyanın bir sözçüsü Obama haqqında, "Lazım sözləri, istərsə də hərəkətləri yağış meşələrindəki meymun kimi çəkinmədən göstərir", - deyib.
 
ABŞ prezidenti Barak Obama Sony şirkətinin tərəddüdlərinə baxmayaraq, filmi yayımlamaq qərarını məmnuniyyətlə qarşıladığını açıqlayıb, şirkətin addımını "ifadə azadlığının qələbəsi" kimi qiymətləndirib.
 
Ceyms Franko və Seth Rogenun oynadığı filmdə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) tapşırığı ilə Şimali Koreya liderini hədəf alan sui-qəsd planından bəhs edilir. Film təxminən 44 milyon dolara çəkilib.

Google+ WhatsApp ok.ru