İsrail rejimi Qüdsdə polis nəzarətini artırır

İşgalçı rejimin baş naziri Binyamin Netanyahunun Qüdsün təhlükəsizliyinə dəstək məqsədilə 400 yeni polisə tapşırıq verdiyi bildirilir.
 
Maide.az xəbər verir ki, İsrail rejiminin Baş Nazirliyindən yayımlanan açıqlamada Netanyahunun idarələrlə keçirdiyi toplantıdan sonra Qüdsdə təhlükəsizlik tədbirlərini artırmaq və Qüdsdə yeni polis məntəqələrinin yaradılması əmrini verdiyi qeyd olunub.
 
Açıqlamada, verilən qərarlar çərçivəsində ilk fazada Qüdsdə 400 təhlükəsizlik işçisinin davamlı olaraq xidmət edəcəyi və şəhərin təhlükəsizliyinin artırılması məqsədilə texnoloji imkanlardan daha çox istifadə olunacağı bildirilib. Sözügedən təhlükəsizlik qüvvələrinin yüksək həyəcan səviyyəsində olacağı qeyd edilən açıqlamada, birliyin nə vaxt vəzifəyə başlayacağı və təhlükəsizlik orqanlarına təqdim olunacaq texnoloji imkanların məzmununa dair məlumat verilməyib.

Google+ WhatsApp ok.ru