Şimali Koreya ilin sonuna 20 nüvə bombası istehsal edə bilər

Şimali Koreya ilin sonuna 20 nüvə bombası istehsal edə bilər

 
Şimali Koreya 2016-cı ilin sonuna qədər 20 nüvə bombasını istehsal etmək üçün maddiə təchizata malikdir.
 
Rusiyanın “Kommersant” qəzetinə istinadən bildirilir ki, bu barədə "Əl Cəzirə" kanalı məlumat verib.
 
KXDR-in nüvə proqramı üzrə aparıcı mütəxəssis sayılan Ziqfrid Hekker Şimali Koreyada plutonium ehtiyatları bu proqramı həyata keçirməyə imkan verir. Onun sözlərinə görə Şimali Koreya nüvə silahının yaradılması məqsədilə illərdir gizlicə uran ehtiyatlarının artırılması ilə bağlı iş aparıb.
 
Xatırladaq ki, bu ilin sentyabr ayının 9-da KXDR tərəfindən ölkə tarixində ən böyük nüvə sınaqları həyata keçirilib.
 
Yaponiya, ABŞ, Çin və Atom enerjisi üzrə beynəlxalq agentlik Şimali Koreyanın bu hərəkətini qınayıb. (musavat) /

Google+ WhatsApp ok.ru