Ali-Xəlifə əleyhinə aksiyalar davam edir

Ali-Xəlifə əleyhinə aksiyalar davam edir

Bəhreynlilər şiə ruhani Şeyx İsa Qasimə dəstək məqsədilə Ali-Xəlifə rejimi əleyhinə aksiya keçirib.
 
Maide.Az xəbər verir ki,  minlərlə bəhreynli ötən gün və gecə Bəhreynin nüfuzlu ruhanisi Şeyx İsa Qasimə dəstək məqsədi ilə Manamanın Duraz bölgəsində Ali-Xəlifə rejimi əleyhinə aksiya keçirib. Aksiya iştirakçıları rejimə qarşı şüarlar səsləndirib alimlər, xüsusilə də Şeyx İsa Qasimə qarşı ədalətsiz qərarların ləğv edilməsini istəyib. 
 
Etirazçılar həmçinin Şeyx İsa Qasimin mühakimə olunması ilə yaranacaq mənfi nəticələrlə bağlı Ali-Xəlifə rejiminə ciddi xəbərdarlıq ediblər. 
 
Ali-Xəlifə rejimi Şeyx İsa Qasimin məhkəməsi 26 sentyabra qədər təxirə salınıb. Ali Xəlifə rejimi  xalqın etirazları və təzyiqlərinə görə, artıq bir neçə dəfədir ki, İsa Qasimin məhkəməsini təxirə salır. 
 
Bəhreyn rejimi 2016-cı il iyul ayında tanınmış ruhani Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib. Bu hərəkət Bəhreyn xalqı və dünya ictimaiyyətinin  sərt reaksiyalara səbəb olub. 
 
 

Google+ WhatsApp ok.ru