Şimali Koreya son yüz ilin ən quraq fəslini yaşayır

Maide.az KCNA agentliyinə istinadən məlumatınaa görə, Şimali Koreyadakı quraqlıq kənd təsərrüfatına böyük həcmdə zərər verib və aclıqla bağlı narahatlıq artıb.
 
Bildirilir ki, yağış çatışmazlığı səbəbindən düyü tarlalarının 30 faizdən çoxu tamamilə quruyub. Ölkədə ən böyük zərər çəkən çəltik təsərrüfatıdır. 
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramı 5 yaşdan aşağı Şimali Koreyalı uşaqların üçdə birinin kifayət qədər qidalanmadığını qeyd edib. BMT aprel ayında Şimali Koreya aclıqla mübarizə üçün 111 milyon dollarlıq yardım kampaniyası başlatmışdı.

Google+ WhatsApp ok.ru