Şimali Koreya yeni nüvə sınaqları keçirəcəyini bəyan edib

Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə yükü daşıya bilən ballistik raketin buraxılması və yeni nüvə sınaqları hazırladığını bəyan edib.
Bu barədə yerli KCNA informasiya agentliyinə istinadən "Reuters" məlumat yayıb.
Kim Çen In bu barədə ballistik raketin buraxılmasının simulyasiya sınağı zamanı açıqlama verib.
Qeyd olunur ki, nüvə başlıqları və ballistik raketlərin sınaq testləri "qısa müddət ərzində" keçiriləcək.

Google+ WhatsApp ok.ru