Terrorçuların lideri Əbu Umar Əş-Şişani yaralandıqdan bir həftə sonra ölüb

İŞİD terror qruplaşmasının liderlərindən biri olan  Əbu Umar Əş-Şişani (Tərxan Taymurazoviç Batiraşvili) ötən həftə aldığı yaradan keçinib. APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu məlumat iki amerikalı məmur tərəfindən təsdiqlənib.   
 
Mənbələrin məlumatına görə,  Əş-Şişani ABŞ-ın martın 4-də Suriyanın Əş Şəddadi şəhəri yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində yaralanıb.     
 
Məlumata görə,  Əbu Umar Əş-Şişani aöır yaralandıqdan sonra bir neçə gün koma vəziyyətində olub. 

Google+ WhatsApp ok.ru