Şimali və Cənubi Koreya gəmiləri atışdı

Tərəflər arasında qarşıdurmaya səbəb mübahisəli sərhəd məsələsi olub

Cənubi Koreya ilə Şimal Koreya gəmiləri arasında atışma olub.

ANS PRESS-in məlumatına görə, Sarı Dənizdə baş verən hadisə bu gün yerli vaxtla 9:50-də qeydə alınıb.

Tərəflər arasında qarşıdurmaya səbəb mübahisəli sərhəd məsələsi olub.

Münaqişə zamanı ilk olaraq Şimali Koreya gəmisi atəş açıb.

Tərəflər Yonpxendo adası sahilində döyüşüblər. Məlumata görə, Cənubi Koreya tərəfdən insan itkisi olmayıb.

Şimal Koreya isə hələlik faktla bağlı açıqlama verməyib. /

Google+ WhatsApp ok.ru