Çindən ilk həcc karvanı yola çıxdı

Çində 297 müsəlmanı daşıyan ilk təyyarə Ningşia Avtonom Bölgəsindən cümə günü səhər saatlarında müqəddəs torpaqlara doğru yola çıxıb.
 
Bu il Çindən ümumilikdə 14 min müsəlmanın müqəddəs torpaqlara gedərək hacı olacağı bildirilir. Ölkədəki həcc təşkilatlarının hamısını mərkəzi və yerli hökumətlər idarə edir.
 
Hacı namizədlərindən Na Çangjün, mətbuat nbümayəndələrinin suallarını cavablandırarkən, "ailəm Məkkəyə gedərək hacı olmağı çox istəmişdi. Ancaq o zamanlar pis şərtlər altında yaşadığımız üçün getmək imkanımız olmamışdı. İndi isə daha yaxşı yaşayırıq və xəyallarımız həqiqətə çevrilir", - deyib.

Google+ WhatsApp ok.ru