Somalinin “Əş-Şəbab” terrorçu qruplaşması yeni liderini seçib

Somalinin “Əş-Şəbab” terrorçu qruplaşması yeni liderini seçib. Qruplaşmanın yeni rəhbəri Şeyx Əbu Ubayda Əhməd Ömər olub.
 
Terrorçular “Əş-Şəbab”ın əvvəlki lideri Əhməd Abdi Qodaninin ABŞ pilotsuz təyyarənin zərbəsi nəticəsində öldüyünü təsdiqləyib.  
 
Qeyd edək “Əş-Şəbab”  qruplaşmasının liderinin məhv edilməsi üzrə əməliyyat Somalidə sentyabrın 1-də keçirilib.  
 
Əhməd Abdi Qodani 2008-ci ildə “Əl Qaidə” beynəlxalq terror təşkilatı ilə sıx əlaqəsi olan “Əş-Şəbab” qruplaşmasının lideri olub. Bu təşkilatın üzvləri Somalinin əksər hissəsini nəzarətə alıb. Onlar, həmçinin, qonşu Keniyada mütəmadi terror aktları törədirlər. 

Google+ WhatsApp ok.ru