Çində 22 müsəlman adı qadağan edildi - Siyahı

Çin dövləti 22 adın müsəlman körpələrə qoyulmasını qadağan edib 
  "Əl-Aləm" xəbər verir ki,  qadağa Çinin Şin Yanq əyalətində tətbiq edilib. Dövlət həmçinin bu adda olan uşaqların adlarının dərhal dəyişdirilməsini, əks halda məktəblərdə təhsil almalarının qarşısının alınacağını bildirib.
Qadağan edilmiş ad siyahısında 15 oğlan, 7 qız adı var. Siyahıda olan oğlan adları: Binladen, Səddam, Hüseyn, Ərəfat, Mucahid, Əbduləziz, Seyfullah, Əsədullah, Seyfuddin, Şəmsuddin, Zikrullah, Nəsrullah Qız adları: Aminə, Xədicə, Fatimə, Aişə, Müslimə, Müənnisə, Muxlisə. islamazeri /

Google+ WhatsApp ok.ru