Minada ölən pakistanlı hacıların sayı 40-a yüksəlib

Minadakı izdihamda dünyasını dəyişən 1100 nəfərin fotoşəkili tanınmaq üçün Ciddədəki xarici missiya nümayəndələrinə paylanıb

Pakistanın baş naziri Nəvaz Şərifin qəzada həlak olan və yaralanan pakistanlı hacılarla bağlı məsələləri həll etmək üçün səlahiyyət verdiyi millət vəkili Dr.Tariq Fazil Çodiri son vəziyyətə dair paytaxt İslamabadda mətbuat konfransı keçirib:
 
"Səudiyyə rəsmiləri qəzada dünyasını dəyişən 1100 nəfərin fotoşəkilini şəxsiyyətlərini müəyyənləşdirmək üçün Ciddədəki xarici missiyalara paylayıb. Bu fotolar Pakistanın Ciddədəki konsulluğunda da var. Son olaraq qəzada dünyasını dəyişən pakisanlı hacı sayı isə 40-a yüksəlib. 63 pakistanlı zəvvar isə qəzadan sonra hələ də itmiş vəziyyətdədir. 228-i isə tapılaraq ailələri ilə görüşləri təmin olunmuşdur. 35 pakistanlı hacının isə Məkkə və Ciddədəki müxtəlif xəstəxanalarda müalicələri davam edir. Hökumət olaraq, qəzada həlak olan və yaralanan hacıların yaxınlarına 2-5 min dollar arasında yardım göstərəcəyik".

Google+ WhatsApp ok.ru