Çində torpaq sürüşməsi nəticəsində 8 fəhlə ölüb, 33-ü itkin düşüb

Çində tikintidə baş verən torpaq sürüşməsi nəticəsində 8 fəhlə ölüb, 33-ü itkin düşmüş hesab edilir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Futszyan əyalətinin Taynin rayonunun Sanmin şəhər dairəsində baş verib.
 
İnsident nəticəsində fəhlələrin yaşadığı yataqxana torpaq altında qalıb. Hadisə yerində xilasedici əməliyyat davam edir. 

Google+ WhatsApp ok.ru