Çində növbəti devalvasiya olub

Çində növbəti devalvasiya olub

Çinin Xalq Bankı bu ölkənin milli valyutası olan yuanın dollara qarşı məzənnəsini 0,26% zəiflədib.
 
"RİA "Novosti" agentliyinə istinadən xəbər verilir ki, tənzimləyicinin qərarına əsasən, 1 dollar 6,8295 yuan səviyyəsində müəyyən edilib. Bu isə cümə günü qeydə alınan göstəricidən 180 bənd artıqdır. Həmin gün 1 dollar 6,8115 yuan olub. Beləliklə, yuanın məzənnəsi 2010-cu ilin iyun ayından (1 dollar = 6,82 yuan) etibarən minimum səviyyəyə çatıb.
 
2008-ci ilin payızından etibarən 1 dollar 6,8 yuan səviyyəsində olub, lakin 2009-cu ilin sentyabrından yenidən möhkəmlənməyə başlayıb. Maksimum isə 2014-cü ilin yanvarında qeydə alınıb - 1 dollar 6 yuana mübadilə olunub. (apa) /

Google+ WhatsApp ok.ru