Çindən İndoneziyaya qapısı açıq uçan təyyarə geri dönüb

Çindən İndoneziyaya qapısı açıq uçan təyyarə geri dönüb

Çinin Quançjou şəhərindən İndoneziyanın Bali adasına uçan təyyarə geri qayıtmağa məcbur olub. Trend-in məlmatına görə, buna səbəb təyyarə havaya qalxandan sonra qapısının açıq qalması olub.
 
Reysi həyata keçirən İndoneziya aviaşirkətinə məxsusu "Boeing 737" təyyarəsinin göyərtəsində 192 sərnişin olub. İnsident nəticəsində xəsarət alan olmayıb.
 
Geri qayıdan təyyarənin qapısındakı nasazlıq aradan qaldırılsa da, 20 nəfər sərnişin həmin təyyarə ilə uçuşa davam etməkdən imtina edib. /

Google+ WhatsApp ok.ru