Çində məktəbdə sıxlıq: ölənlər var

Çində məktəbdə sıxlıq: ölənlər var

Çinin Xenan vilayətinin məktəblərinin birində sıxlıq nəticəsində 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
 
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə bu barədə Sinxua agentliyi xəbər verir.
 
Bildirilir ki, insident yerli vaxtla səhər saat 8 radələrində Puyan qəzasının məktəblərinin birinin tualetində baş verib.
 
Xəsarət alanlar xəstəxanaya aparılıb. Hadisənin araşdırılması üçün komissiya yaradılıb. Sıxlığın səbəbləri haqqında məlumat verilmir. Hadisə ilə bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru