Somalinin paytaxtında törədilən partlayışlar nəticəsində 50 nəfər ölüb

Somalinin paytaxtında törədilən partlayışlar nəticəsində 50 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda törədilən dörd partlayış nəticəsində azı 50 nəfər ölüb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar bir-birinin ardınca prezident sarayı, Milli teatr, Müdafiə nazirliyi və “Daya” hoteli qarşısında baş verib.
 
Hadisə nəticəsində azı 10 nəfər yaralanıb.
 
Terror aktlarına  görə məsuliyyəti  “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb. 
 
“Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
 

Google+ WhatsApp ok.ru