Çində müsəlman adlarına qadağa!

Çində müsəlman adlarına qadağa!

Çin Şərqi Türküstan bölgəsində Məhəmməd, Ayişə, Fatimə kimi müsəlman adlarının qadağan edildiyini açıqlayıb. Yeni qərara görə ailələri tərəfindən adı dəyişdirilməyən müsəlman tələbələrin məktəblərə girişinə mane olunacaq.
 
“İndependent”in xəbərinə görə, Şərqi Türküstanda adlarla bərabər, müsəlman kişilərin çox uzun saqqal saxlaması da yasaq edilib. Qadağan olunan adlar arasında “Məhəmməd, Ayişə, Fatimə, Xədicə, Mücahid, Cihad, Talib, İmam, Muslima, Mücahid, Sümeyye, Nəsrullah, Turknaz, Turkzat, Hacı, Ərafat, Mədinə, Şəmsəddin, Seyfullah, Abdulaziz, Səddam, Bin Ladin, Əsədullah, Muhlis ” və başqaları var. Vaşinqtonda yerləşən Uyğur Amerikan Dərnəyinin sədr müavini İlsat Həsən alınan qərarın “axmaqlıq” olduğunu deyərək, bunun Uyğur müsəlmanlarına istiqamətli assimilyasiya siyasətinin bir nümunəsi olduğunu vurğulayıb. “Uşaqlara dini və etnik adların verilməsi sadə bir insan haqqıdır” deyən Həsən Çin konstitusiyasında belə bu qadağanın olmadığını bildirib. (azadliq.info) /

Google+ WhatsApp ok.ru