Çində `Hato` qasırğasına görə 26 min nəfər təxliyyə olunub

Çində `Hato` qasırğasına görə 26 min nəfər təxliyyə olunub

1 milyon 91 min ev işıqsız qalıb

Cənubi Çində "Hato" qasırğası 12 nəfərin ölümünə səbəb olub.
 
Maide.Az “aa”-a istinadən xəbər verir ki, Makaoda 9 nəfər həlak olub, 153 nəfər isə xəsarət alıb.
 
Çjuxayda 2 nəfər həlak olub və 275 ev dağılıb, Çjunşanda 2 nəfər həlak olub, Honq Konqda isə 120 nəfər xəsarət alıb.
 
Qasırğa ölkənin bütün cənub nəqliyyat sistemində ciddi pozuntular yaradıb, bir neçə yüksəksürətli dəmir yollarında hərəkət dayandırılıb.
 
Çjuxay şəhərinin hava limanı 247 reys təxirə salıb, Şençjan hava limanı 298 reys təxirə salıb, 44-ü gecikir, Makaoda 55 reys təxirə salınıb, Honq Konqda isə 365 reys təxirə salınıb, 37-si gecikib.
 
Güclü külək və yağışlar binaların dağılmasına, ağacların aşmasına gətirib çıxarıb. Güclü dalğalar səbəbindən Honq Konqda və Şençjendə körpülər və limanlar zərər çəkib. Bölgədən 26 min 817 nəfər təxliyyə olunub. Elektrik ötürücü xətlər sıradan çıxıb, 1 milyon 91 min ev işıqsız qalıb. 
 
Hatonun bu il baş verən ən sürətli və güclü  tayfun olduğu bildirilir. /

Google+ WhatsApp ok.ru