Britaniyalı müsəlman alpinistlər xəstə uşaqlara dəstək üçün yarış keçirəcək

Britaniyalı müsəlman alpinistlər xəstə uşaqlara dəstək üçün yarış keçirəcək

Britaniyalı müsəlman alpinistlər xəstə uşaqlara dəstək üçün yarış keçirəcək 
 
Maide.İnfo xəbər verir ki, İngiltərənin şimalındakı Leeds şəhərinin Yorkshire bölgəsində yaşayan müsəlman alpinistlər xəstə uşaqlara yardım toplamaq məqsədilə Yorkshirenin ətrafındakı 3 tanınmış dağa dırmanmaq yarışı təşkil edəcək. 
 
"Leeds Müsəlman Gənclər Hərəkatı" tərəfindən təşkil olunmuş bu yarış avqustun 27-də baş tutacaq. Yarış üçün toplanmış vəsait Leeds şəhərinin Martin xəstəxanasında müalicə olunan uşaqlara bağışlanacaq.
 
Hərəkat bir neçə gün öncə sosial şəbəkələrdə yarışda iştirak etmək üçün çağırış etmişdir.
 
Martin xəstəxanasında əməliyyata və xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrin uşaqlarına pulsuz xidmət göstərilir. Bu xəstəxananın xərcləri yardım vəsaiti ilə təmin olunur. /

Google+ WhatsApp ok.ru