Çində kimya zavodunda partlayış baş verib: 6 ölü, 7 yaralı

Çində kimya zavodunda partlayış baş verib: 6 ölü, 7 yaralı

Çinin Hebey əyalətində kimya zavodunda partlayış baş verib.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, Sinle şəhərində yerləşən zavodda baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 7 nəfər xəsarət alıb.
 
 Xəsarət alanlar insidentdən dərhal sonra xəstəxanaya yerləşdiriliblər, onlardan 2-nin vəziyyəti çox ağırdır.
 
Partlayışın səbəbi araşdırılır.
 

Google+ WhatsApp ok.ru