Çində daşqınlar 30 milyon insana ziyan vurub

Çində daşqınlar 30 milyon insana ziyan vurub

Çinin bir sıra cənub, cənub-qərb, şərq və mərkəzi əyalətlərində yağan leysan yağışları nəticəsində yaranan daşqınlar 30 milyondan çox insana ziyan vurub, 140 nəfər ölüb və ya itkin düşüb.

 
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası yerli hökumət orqanlarının müvafiq məlumatlarına istinadən bildirib.
 
Daşqınlardan ən çox Tszyansi, Hubey, Hunan, Quandun, Sıçuan, Quyçjou əyalətləri, həmçinin Quansu Çjuan Muxtar Vilayəti və mərkəzi tabelikdəki Çuntsin şəhəri əziyyət çəkib. Səlahiyyətlilər fəlakət bölgələrindən 1,7milyondan çox sakini təxliyə etmək məcburiyyətində qalıb, 600 mindən çox insanın hələ də humanitar yardıma ehtiyacı var.
 
Daşqınlar 270 mindən çox yaşayış binasının dağılmasına və ya zədələnməsinə gətirib çıxarıb, 2,6 min hektardan çox ərazidə əkin sahələrinə ziyan dəyib.
 
Hökumət dəymiş birbaşa iqtisadi ziyanın 61,7milyard yuandan (təxminən 8,9 milyard ABŞ dolları) çox olduğunu düşünür.

Google+ WhatsApp ok.ru