Uyğurlar Çin dövləti əleyhinə şikayət etdilər

Uyğurlar Çin dövləti əleyhinə şikayət etdilər

Uyğur müsəlman aktivistləri Çin dövlətinin onlara qarşı etdiyi zülm və cinayətlərdən Beynəlxalq Cinayət Məhkəməsinə şikayət ediblər.  

 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, Çində yaşayan müsəlman Uyğurların hüquqlarının müdafiəsi fəalları Çin dövlətinin bu müsəlman azlığa qarşı törətdiyi cinayətlər barədə sənəd toplayaraq Beynəlxalq Cinayət Məhkəməsinə təqdim ediblər.
 
Həmin sənədlərdə kommunist Çin dövlətinin müsəlman azlıqlara edilən zülmü sifariş edən yüksək rütbəli məmurlarının adları keçib.
 
Məhkəməyə təqdim edilən sənədlərdə göstərilir ki, Çin dövləti müsəlman uyğurların ailələrində uşaq dünyaya gəlməsinin qarşısını süni yollarla alır və onların cəmiyyətinin sayını azaltmağa çalışır.
 
Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə göndərilən sənədlərdə Çinin keçən on il ərzində  müsəlman azlıqlara qarşı cinayətlər öz əksini tapıb.
 
Sənədlərdə Çin dövlətinin müsəlmanları şiddətli şəkildə əzməsi, qətliam etməsi, müsəlmanların oğurlanması, işgəncə edilməsi, qadınların sterilizasiya edilməsi və sair cinayətlər yer almışdır.

Google+ WhatsApp ok.ru