Çin halal servisi artırmaqla müsəlman turistləri cəlb etmək istəyir

Düşündüyümüzün əksinə olaraq, Çinə səfər etmək və bu ölkəni görmək istəyən müsəlman turistlər halal qida, məscid və müsəlman bazarı kimi nisbətən əlverişli imkanlardan yararlana bilərlər.
 
Maide.az xəbər verir ki, Pekində “Bernama” Agentliyinin müxbiri Samanta Tan Çyu Ting bununla bağlı aşağıda öz təcrübə və fikirlərini paylaşıb:
 
“Məncə, bəlkə də bəzi müsəlman turistlər Çinə səfər etmək və bu ölkəni görməkdə tərəddüd etsinlər, çünki düşünürlər ki burada halal qida əldə etmək çətin ola bilər.
 Lakin reallıq başqadır. Şəxsən mən pekində müsəlman cəmiyyəti, onların mədəniyyəti və adət-ənənələrini müşahidə etməkdən heyrətləndim”.
 
Yeməkdən əlavə, Pekində islam turist məkanları da az deyil, o cümlədən Çinin ən qədim və ən əhəmiyyətli məscidi sayılan “Nyuci” məscidi. Dunqsi məscidinin tarixi də Yuan sülaləsi dövrünə gedib çıxır və bugün pekin İslam Birliyi burada fəaliyyət göstərir.
 
Huaşi məscidi də Pekin müsəlman icmasının toplaşdığı əsas yerlərdəndir.
 
Çində ilk məscid təminən 1400 il əvvəl inşa edilib. Bugün Çində, ölkə üzrə 20 minədək məscid var ki onların da çoxu "Gansu", "Sincan", "Yunnan" və "Kinghay" bölgələrində yerləşir. /
 

Google+ WhatsApp ok.ru