BMT qaçqın və məcburi köçkünlərin sayını açıqladı

“Dünyada 60 milyon insan müxtəlif fövqəladə vəziyyətlər səbəbindən bu gün öz daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalıb”.
 
Maide.az xəbər verir ki, bu barədə BMT-nin Qafqaz, Mərkəzi Asiya və Ukraynada humanitar məsələlərin koordinasiyası ilə bağlı regional ofisinin rəhbəri Marsel Vassen deyib.
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xilasetmə xidmətlərinin təhsil müəssisələrinin rəhbərlərinin Moskvada keçirilən iclasında çıxış edən BMT rəsmisi 100 milyon insanın bu gün dünyada müxtəlif münaqişələrdən, təbii fəlakətlərdən əziyyət çəkdiyini, onlardan 60 milyonunun isə qaçqın və məcburi köçkün olduğunu qeyd edib.
 
M. Vassenin sözlərinə görə, bunlar müxtəlif təbii fəlakətlər və silahlı münaqişələr zamanı həyatlarına olan təhdidlər səbəbindən evlərini tərk etməyə məcbur olan insanlardır.

Google+ WhatsApp ok.ru