Çin höküməti uşaqlara müsəlman olmağı qadağan edir

Çində təhsil işçiləri Sinszyan əyalətinin müsəlmanlarına bildiriblər ki, məktəblərdə dini təcrübələrə imkan verməyəcəklər. 
 
Kaşqar şəhər Təhsil Departamentinin nümayəndəsi Lu Xuadun deyib ki, "Təhsil Qurumunun rəhbəri tələbələrin dini təbliğatdan, xüsusən ekstremist düşüncələrdən qorunmalarına görə məsuliyyət daşımalıdır".
 
Maide.az xəbər verir ki, bu tədbirlər 2 mindən artıq bağçada, Kaşqar şəhərinin orta və ibtidai məktəblərində tədbiq olunacaq.
 
Bundan əlavə, müəllimlər və həddi buluğ yaşına çatmamış tələbələr məktəbdə və evdə dinə etiqad etməməlidirlər.
 
Xatırladaq ki, insan hüquqları təşkilatları Çin hökümətini uyğur müsəlmanlarına qarşı repressiyalarda günahlandırır. 
 
Müsəlmanlar isə öz növbələrində Çin hökümətini onların mədəniyyətini məhv etmək niyyəti ilə milyonlarla etnik xan əhalisini onların ərazilərinə köcürməkdə günahlandırır. //
 

Google+ WhatsApp ok.ru