Rusiya İsrailin tikintiləri davam etdirməsini qınadı

Rusiya sionist rejimin Fələstinin işğal olunmuş ərazilərində yeni yəhudi yaşayış məntəqələrinin tikilməsini qınayıb. 
 
Maide.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, "İsrailin işğal etdiyi Fələstin torpaqlarında yaşayış məntəqələrini genişləndirmək planı beynəlxalq hüquqlara ziddir və ciddi narahatlıq doğurur", - deyə bildirib.
 
Aleksandr Lukaşeviç xəbərdarlıq edib ki, İsrailin bu əməlləri geniş təsirə malik olacaq və regionda hərbi qarşıdurmanı da kəskinləşdirə bilər. 
 
Daha öncə isə Almaniyanın Xarici İşlər Nazirliyi İsrailin bu qanunsuz əmələrindən narahıtlığını çatdıraraq qeyd etmişdi ki, belə hallar vəziyyəti daha da gərginləşdirə bilər. 
 
Qeyd edək ki, oktyabrın 27-də sionist rejimin baş naziri Binyamin Netanyahu Beytül-Müqəddəsin şərqində yəhudi imiqrantlar üçün daha 1060 evin tikiləcəyini açıqlayıb.
 
Yarım milyondan artıq yəhudi İordan çayının qərb sahilin işğalından sonra tikilmiş 120-dən artıq qanunsuz salınmış rayonlarda yaşayır. //
 

Google+ WhatsApp ok.ru