Çinin Kəraçidəki konsulluğuna hücum edilib; 3 terrorist öldürülüb, 2 polis ölüb

Çinin Kəraçidəki konsulluğuna hücum edilib; 3 terrorist öldürülüb, 2 polis ölüb

Pakistan polisi Çinin Karaçidəki konsulluğa hücum edən 3 şübhəli intiharçını öldürüb. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  hücum zamanı iki polis əməkdaşı  həyatını itirib. 
 
“Yerli vaxtla saat 9:30-da konsulluğa 3 şübhəli yaxınlaşıb, mühafizə polisi ilə şübhəlilər arasında atışma baş verib. İntiharçılar binaya girə bilməyib, öldürülüblər”-deyə  Kəraçi şəhər polisinin komandir müavini Cavid Alim deyib. 
 
Hücuma görə məsuliyyəti Baluçistan Azadlıq Ordusu üsyançı qrupu götürüb.
 
Pakistanın televiziya kanalları konsulluq binası yaxınlığında partlayış eşidildiyini xəbərləyib.
 
Ölkənin Xarici İşlər Nazirliyi konsulluqdakı 21 çinli əməkdaşın salamat olduğunu bildirib. 

Google+ WhatsApp ok.ru