Çin müsəlmanlarına yeni qadağa tətbiq edilir

Çin əhalisinin mühüm hissəsini müsəlman Uyğur türklərinin təşkil etdiyi Şincan Muxtar Bölgəsinin paytaxtı Urumçidə ictimai yerlərdə çadra geyilməsi qadağan olunur.
 
Maide.az xəbər verir ki, Urumçi Məclisi çadra qadağasını təsdiq edib. Qərar, regional rəhbərliyin də razılığından sonra qüvvəyə minəcək.
 
Son qərar Çin rəhbərliyinin bir müddətdir bölgədəki müsəlmanlara aid simvol təşkil edən geyimlərə qarşı qadağaların sonuncusu olub. Avqust ayında da yenə Şincandaki Karamay şəhərində saqqallı kişilərin avtobusa minməsi qadağan olunmuşdu.

Google+ WhatsApp ok.ru