Interpolun məlumat bazasına 40 min xarici terroristin adı  daxil olunub

Interpolun məlumat bazasına 40 min xarici terroristin adı daxil olunub

-- Onlar 60 ölkənin vətəndaşıdır

Təxminən 40 min nəfərin adı İnterpolun xarici terroristlərin məlumat bazasına daxil olunub. Bunu ABŞ prezidentinin İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk deyib. 
 
Maide.Az xəbər verir ki,  B.Makqerk  əlavə edib ki, adları interpolun bazasına daxil olan 40 min nəfər  60 ölkənin nümayəndələridir. 
 
“Onların hamısı İŞİD terror qruplaşması ilə əlaqəlidir. Həmin şəxslər hərbi münaqişələrdə iştirak etmək üçün ya Suriya və İraqa gedib və ya getməyə cəhd göstərir.  (islam-today.ru) 

Google+ WhatsApp ok.ru