Əfqanıstanda polis məntəqəsi qarşısında partlayış baş verib

Əfqanıstanda polis məntəqəsi qarşısında partlayış baş verib

-- 8 nəfər ölüb, 9 nəfər yaralanıb

Əfqanıstanın Qəndəhar vilayətində  polis məntəqəsinin qarşısında partlayış baş verib. 
 
Maide.Az  xarici KİV-lərə istinadən məlumat verir ki,  partlayış Qəndəhar vilayətinin  Maivand şəhər polisinə suiqəsd məqsədi ilə törədilib.  
 
Partlayış nəticəsində  8 nəfər ölüb, 9 nəfər yaralanıb. Ölən və yaralananların  təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğu bildirilir. 
 
Partlayışın məsuliyyətini Taliban terror qruplaşması üzərinə götürüb. 
 

Google+ WhatsApp ok.ru