Çin Türkiyəyə gedən vətəndaşlarına xəbərdarlıq etdi

Sincan vilayətində uyğur türklərinə qarşı zülmdən sonra Türkiyədən təzyiqlər alan Çin hökuməti vətəndaşlarına ehtiyatlı olmağı bildirib.
Maide.az xəbər verir ki, Çin öz vətəndaşlarına Türkiyədə tək gəzməməyi və heç bir mübahisəyə girməməyi tövsiyə edib.
Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, hazırda Türkiyədə çinlilərə təzyiqlər və hücumlar olduğu üçün daha ehtiyatlı olmalıdırlar.
Məlumat üçün bildirək ki, Çin hökuməti uyğun müsıəlmanlarının oruc tutmasına və ibadətlərini yerinə yetirməsinə qadağa qoyub. Buna etiraz edən müsəlmanlar isə döyülür və öldürülür.
Son günlərdə yaşanan bu hadisələrdən sonra Türkiyə dövlət səviyyəsində Çinə etirazını bildirmişdi. İstanbulda isə türk vətəndaşlar bir neçə Çin restoranına hücum etmiş və çinliləri döymüşdülər./

Google+ WhatsApp ok.ru