Ermənistan polisi Baqramyan prospektindəki barrikadanı nəzarətə götürüb 06 İyul 2015 01:00 Dünya Ermənistan polisi paytaxtın Baqramyan prospektində etiraz aksiyası keçirən nümayişçilərdən yerli vaxtla saat 12:30-q qədər yolu boşaltmağı tələb edib. Polisin bəyanatında bildirilir ki, nümayişçilər yolu könüllü açmasalar, bunu hüquq-mühafizə orqanlarının əməkdaşları edəcək: "Ermənistan polisi bu gün Baqramyan prospektində təxminən 2 həftədir dayandırılmış hərəkəti bərpa etməyə hazırlaşır. Həmçinin hərəkətə mane olan əşyalar da oradan götürüləcək. Polis sonuncu dəfə aksiyanın təşkilatçı və üzvlərini Baqramyan prospektini boşaltmağa çağırır. Əks halda, polis qanunun müəyyən etdiyi səlahiyyətlərindən istifadə edəcək”. Vaxt tamamlandıqdan sonra polis zibil qablarından ibarət barrikadanı nəzarətə götürüb. Xatırladaq ki, 4 iyun tarixində aksiyanın koordinasiya qrupunun nümayəndəsi David Sanasaryan bildirib ki, tələblərinin bu gün saat 21:00-a kimi yerinə yetirilməyəcəyi təqdirdə “İrəli addımla” adlı yeni aksiyalarına başlayacaqlar. Onlar özləri üçün barrikadaya çevirdikləri zibil qablarını hər gun daha da irəli aparacaqlarını bəyan ediblər. Teqlər : #Ermənistan polisi Baqramyan prospektindəki barrikadanı nəzarətə götürüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çin Türkiyəyə gedən vətəndaşlarına xəbərdarlıq etdi İsrail rejiminin əsgərləri 5 fələstinlini həbs etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO