Iranın Daxili İşlər Nazirliyinin binasında yanğın baş verib -FOTO

Bu gün səhər yerli vaxtla saat 6:30-da  İranın Daxili İşlər Nazirliyinin binasında yanğın baş verib. 

Maide.az İran KİV-lərinə istinadən məlumat verir ki, Tehranın Fatimi xiyabanında yerləşən binada yanğın konfrans zalında başlayıb. 

Məlumata əsasən, yanğın zamanı 3 nəfər xəsarət alıb.  Yanğın söndürülüb.  Yanğına görə Tehranın mərkəzi xiyabanlarında bir neçə saat tıxac yaranıb. /

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru